Çexiya Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır
İqtisadiyyat naziri Şahin Mustafayev mayın 17-də ölkəmizdə səfərdə olan Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Radik Vondraçekin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, nazir Azərbaycanın Çexiya ilə əlaqələrə önəm verdiyini, ölkələrimiz arasında əməkdaşlığın inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin, bu səfərlər zamanı əldə edilmiş razılaşmaların mühüm əhəmiyyətini qeyd edib. Bildirib ki, Azərbaycan və Çexiya siyasi, iqtisadi və humanitar sahələrdə sıx əməkdaşlıq edir. Ölkələrimiz arasında 2015-ci ildə Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb, möhkəm müqavilə-hüquq bazası yaradılıb. Hər iki ölkənin parlamentlərində qarşılıqlı əməkdaşlıq üzrə dostluq qrupları fəaliyyət göstərir. Azərbaycan Respublikası Hökuməti və Çex Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın fəaliyyəti ikitərəfli əlaqələrin inkişafında önəmlidir.
“Hazırda Azərbaycanda xidmət, rabitə, ticarət, tikinti və sair sahələrdə 26 çex kapitallı şirkət fəaliyyət göstərir. Çexiyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 88 faizdən çoxu Azərbaycanın payına düşür. Ölkələrimiz maşınqayırma, maliyyə, ticarət və qarşılıqlı investisiya qoyuluşu sahələrində əməkdaşlıq edirlər. Əczaçılıq, maşınqayırma, kimya sənayesi, nəqliyyat və tranzit, turizm, İKT sahələrində əməkdaşlıq imkanları genişdir”, - deyə nazir bildirib.
Görüşdə qeyd olunub ki, Azərbaycan və Çexiya arasında əlaqələr humanitar sahədə də inkişaf edir, Bakı Slavyan Universitetində Çexiya dili və mədəniyyəti mərkəzi fəaliyyət göstərir.
Çexiya Parlamentinin Deputatlar Palatasının sədri R.Vondraçek Azərbaycan iqtisadiyyatının şaxələndirilməsini yüksək qiymətləndirdiyini və ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb, iki ölkə arasında əməkdaşlığın inkişafı perspektivləri barədə fikirlərini bölüşüb. O, Azərbaycan-Çexiya biznes forumunun ikitərəfli iqtisadi əlaqələrə töhfə verəcəyinə əminliyini ifadə edib.
Görüşdə Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən faydalanaraq birgə müəssisələrin yaradılması, ticarət əlaqələrində qeyri-neft sektorunun payının artırılması və sair məsələlər barədə fikir mübadiləsi aparılıb.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb