II Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı işə başlayıb
Mayın 17-də II Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı işə başlayıb. Konfrans Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2019” sərgisi çərçivəsində təşkil edilib.
YeniAvropa xəbər verir ki, tədbirdə çıxış edən AQTA-nın sədri Qoşqar Təhməzli konfransın keçirilməsində əsas məqsədlərdən birinin qida təhlükəsizliyi sahəsində xarici ölkələrlə və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirmək, onların Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə töhfə verə biləcək layihələrini səmərəli şəkildə əlaqələndirmək, həyata keçirmək və bu istiqamətdə mütəmadi olaraq fikir mübadiləsi aparmaqdan ibarət olduğunu qeyd edib. Agentliyin sədri bildirib ki, AQTA bu sahədə beynəlxalq təşkilatlarla hər cür əməkdaşlığa və birgə fəaliyyətə hazırdır. Qoşqar Təhməzli, həmçinin deyib: "Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm işlər görülür. Ölkəmizdə qida təhlükəsizliyi sahəsində 2019-2025-ci illəri əhatə edən Dövlət Proqramı qəbul olunub. Qida təhlükəsizliyi mərhələli şəkildə həyata keçirilən prosesdir. Təsdiq olunmuş yeddi illik proqram yaxın zamanlarda mərhələli şəkildə həyata keçirilməyə başlanılacaq".
Q.Təhməzli rəhbərlik etdiyi qurumun müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq etdiyini də diqqətə çatdırıb.
Baş nazirinin müavini Əli Əhmədov dünya əhalisinin sürətlə artdığını və insanların tələbatlarını ödəmək üçün resursların azaldığını deyib: "İnsanların tələbatlarının ödənilməsi üçün qidanın yeni üsullarla istehsalına ehtiyac yaranıb. Bu zaman qidanın keyfiyyəti, tərkibi, insan sağlamlığına təsiri məsələsi ön plana çıxır. Hazırda qida təhlükəsizliyi problemi bəşəriyyət üçün vacibdir. Ona görə də hər bir ölkə öz prioritetlərini ortaya qoymalı, səylər birləşdirilməlidir. Azərbaycan dünyada ən çox islahat aparan ölkələrdən biridir. İslahatlar arasında qida təhlükəsizliyinin təkmilləşdirilməsi, əhalinin sağlam qida ilə təminatı da yer alıb. Ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi sahəsində konsepsiya hazırlanıb. Onu da qeyd edim ki, ölkəmizdə kifayət qədər münbit torpaqların bir qismi işğal altındadır. Bu o deməkdir ki, kənd təsərrüfatına yararlı torpaqların potensialı 20 faiz azalıb.
Ölkəmizdə daxili istehsal nəticəsində əldə edilən məhsullarla yanaşı, idxal edilən məhsulların da müvafiq standartlara uyğunlaşdırılması nəticəsində sağlam qida təminatına imkan yaradacaq. Azərbaycan qida təhlükəsizliyi sahəsində öz üzərinə düşən vəzifələri dərk edir. Ümid edirəm ki, həyata keçirilən tədbirlər və atılacaq addımlar nəticəsində əhali sağlam qida ilə təmin olunacaq".
Baş nazirin müavini tədbirin qida təhlükəsizliyi sahəsində ciddi müzakirə və fikir mübadiləsinə imkan verəcəyini bildirib və konfransın işinə uğurlar arzulayıb.
Tədbirdə çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov qida təhlükəsizliyinin beynəlxalq dialoqların əsas müzakirə mövzusu olduğunu bildirib. İnam Kərimov qeyd edib ki, araşdırmalara görə, qidanın insan sağlamlığına mənfi təsiri iqtisadiyyata zərər vurur: "Qida təhlükəsizliyi həm sosial, həm də iqtisadi əhəmiyyətə malikdir. O həm də Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq şərtlərindən biridir. Qlobal inkişafın bütün mərhələlərini innovasiyasız təsəvvür etmək mümkün deyil. Təhlükəsiz qidanın istehsalı üçün innovativ texnologiyaların tətbiqi vacibdir. Onu da qeyd edim ki, ölkəmizdə ərzaq məhsullarının keyfiyyəti getdikcə yüksəlir. Kənd Təsərrüfatı Nazirliyi qida təhlükəsizliyinin təmin edilməsində maraqlı tərəflərdən biridir. Nazirlik bu sahədə üzərinə düşən vəzifələri layiqli yerinə yetirir".
Qeyd edilib ki, II Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı ölkəmizin etibarlı tərəfdaş kimi beynəlxalq təşkilatlarla əməkdaşlığını daha da genişləndirəcək, kənd təsərrüfatı və qida sənayesi sektorları üzrə ixracatın inkişafına mühüm töhfə verəcək, daxili və beynəlxalq bazarlarda istehlakçıların ehtiyaclarına cavab verən yüksəkkeyfiyyətli və təhlükəsiz məhsulların istehsalına kömək edəcək.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb