logo

Tatarıstanın paytaxtından Bakıya gündəlik reyslər açılır

18:47 16-05-2019 | icon 3318
Tatarıstanın paytaxtından Bakıya gündəlik reyslər açılır

Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazan ilə Bakı arasında gündəlik aviareyslər açılır.

 YeniAvropa xəbər verir  ki,bu barədə “Kazan” beynəlxalq aeroportunun mətbuat xidməti məlumat yayıb. Qeyd edilib ki, iyunun 17-dən "AZAL" və “Buta Airways” şirkətləri Kazan-Bakı marşrutu ilə gündəlik reyslər həyata keçirəcəklər. Təyyarələr Kazandan 19:20-də yola düşəcək və Bakıya 22:50-də çatacaq. Kazana uçan təyyarə isə Bakıdan 16:40-da yola düşüb, 18:20-də Tatarıstan paytaxtının hava limanına enəcək.