Hazırda Azərbaycanda 26 Çexiya şirkəti fəaliyyət göstərir.
YeniAvropa xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov mayın 16-da Bakıda keçirilən Azərbaycan-Çexiya biznes forumunda deyib.
Qeyd edib ki, indiyədək Çexiya Azərbaycana 33,5 milyon dollar, Azərbaycan isə bu ölkəyə 50 milyon dollaradək investisiya yatırıb.