Bakıda Maliyyə və Texnologiyalar Sammiti keçirilir
Mayın 16-da Bakıda "Maliyyə və rəqəmsal texnologiyalar həftəsi” çərçivəsində "Fintex Sammit - Maliyyə və Texnologiyalar Sammiti" öz işinə başlayıb.
YeniAvropa xəbər verir ki, tədbirdə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ölkədə informasiya texnologiyaları sahəsində görülən işlərdən, əldə olunan nailiyyətlərdən danışıb. Bildirib ki, son dövrlər informasiya texnologiyaları sektorunda yeni inkişaf trendləri meydana gəlib. Dünyada blokçeyn qlobal fenomenə çevrilib: “Hazırda blokçeyn texnologiyalarının istifadəsi IT proqramları sahəsində, eləcə də digər sektorlarda daha geniş aparılır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu sahədə maraqlıdır və araşdırmalar aparılmalıdır. Müasir texnologiyaların inkişafında, həmçinin startaplar mühüm rol oynayır. Nazirlik startapların da inkişaf etdirilməsində öz köməyini göstərir”.
Mərkəzi Bankın idarə heyətinin sədrinin birinci müavini Alim Quliyev isə diqqətə çatdırıb ki, müasir dövrdə texnologiyaların inkişafı iqtisadiyyatın bütün sahələrində olduğu kimi maliyyə sektoruna öz təsirini göstərir. Dəyər zənciri daha da mürəkkəbləşir, sektora yeni iştirakçılar daxil olur, nəticədə bank olmayan provayderlərin iştirakı sürətlə artır.
Maliyyə texnologiyaları üzrə innovativ həllərin tətbiqinin genişlənməsi dünya miqyasında fintexlərə olan marağı durmadan artırmaqdadır. Qlobal səviyyədə bu gün maliyyə təşkilatlarının 80 faizi fintexlərlə əməkdaşlıq edir. Əgər 2011-ci ildə dünyada fintexlərə investisiyaların həcmi 1,8 milyard dollar idisə, ötən ilin sonuna bu göstərici 30,8 milyard dollara çatıb. Gələcəkdə fintexlərin effektivliyi və səmərəlilik göstəricisi artdıqca investisiyalar da artacaq.
Rəqəmsal transformasiya əsasında müasir bank sisteminə keçid, ödəniş ekosistemində son trendlər və innovativ ödəniş həlləri, rəqəmsal mühitdə informasiya təhlükəsizliyi və digər mövzuların müzakirə olunacağı sammitdə Avropa Banklar Federasiyası, IFC, "Vısa Inc.", "MasterCard Worldwide", "American Express", Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Sistemi (SWIFT) kimi beynəlxalq təşkilatlarla yanaşı, ABŞ, Yaponiya, Çin, Avropa İttifaqı və MDB ölkələrindən elektron ödənişlər və rəqəmsal bankçılıq sahəsində qabaqcıl təşkilatların nümayəndələri iştirak edirlər.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb