logo

Neft-qaz ixracı Azərbaycanın ümumi ixracının 91,5%-ni təşkil edir

15:08 15-05-2019 | icon 3213
Neft-qaz ixracı Azərbaycanın ümumi ixracının 91,5%-ni təşkil edir

Yanvar-aprel aylarında xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının ixracı ölkənin ümumi ixracının 80,1 faizini, təbii qaz 9 faizini, neft məhsulları isə (2710 mal kodu üzrə) 2,52 faizini təşkil edib.

 YeniAvropa xəbər verir  ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Qeyd edək ki, ötən ilin eyni aylarında xam neft ixracının Azərbaycanın ümumi ixracındakı payı 81,94 faiz, təbii qazın 6,07 faiz, neft məhsullarının payı 3,22 faiz olmuşdu.