logo

Azərbaycanlı milyonçunun yaşadığı ev uçur... - Fotolar

21:42 28-01-2018 | icon 2366
Azərbaycanlı milyonçunun yaşadığı ev uçur... - Fotolar

Məşhur azərbaycanlı xeyriyyəçi, milyonçu, Hacı Zeynalabdin Tağıyevin Mərdəkanda 1885-1924-cü illərdə yaşadığı ev uzun müddətdir baxımsız qaldığından uçmaq təhlükəsi ilə üzləşib. YeniAvropa Oxu.az-a istinadən xəbər verir ki,  ev tezliklə əsaslı şəkildə təmir olunmasa, tamamilə dağıla bilər. Hazırda binada 3 məcburi köçkün ailəsi yaşayır. Hər tərəfindən təhlükə yağan bu bina həm də 2 saylı Ağ Ciyər Xəstəlikləri Dispanserinin həyətindədir. 

Qeyd edək ki, 1920-ci ildə sovet qoşunlarının Azərbaycanı işğal etməsi nəticəsində Tağıyevin bütün var-dövləti, mülkləri əlindən alınıb. Yerli əhalinin xahişi ilə yeni hakimiyyətin rəhbərlərindən biri olan Nəriman Nərimanovun göstərişi ilə milyonçuya yaşamaq üçün mülk seçmək imkanı verilib. O, Mərdəkandakı ata evini seçir. Ömrünün son illərini bu evdə keçirir. 1924-cü il sentyabrın 1-də bu evdə vəfat edib. Qeyd dək ki, Hacı Zeynalabdin Tağıyevin vəfatından sonra Böyük Vətən Müharibəsi illərində bu evdə təxliyyə hospitalı yerləşib.