“WorldFood Azerbaijan 2019” sərgisində 32 ölkədən 440 şirkət iştirak edəcək
Mayın 15-dən 17-dək Bakı Ekspo Mərkəzində 4 ixtisaslaşmış sərgi- 25-ci Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi ("WorldFood Azerbaijan 2019" sərgisi, eləcə də. 13-cü Azərbaycan Beynəlxalq Kənd təsərrüfatı sərgisi("Caspian Agro"", Xəzər Beynəlxalq qablaşdırma , Tara ,etiket və Poliqrafiya Sərgisi("Ipack Caspian") , və Qafqaz Beynəlxalq Mehmanxana , Restoran və Suiupermarketlər üçün Avadanlıqlar və Ləvazimatlar Sərgisi("HOREX Caucasus") keçiriləcək. Sərgilərdə ümumilikdə 32 ölkədən 440 şirkət iştirak edəcək.
YeniAvropa xəbər verir ki, bu barədəsərgi təşkilatçıları bu gün keçirdikləri mətbuat konfransında məlumat veriblər. Qeyd edilib ki, ötən illə müqayisədə sərginin sahəsi 20 % artıb. Eksponentlərin 70%-i xarici, 30 %-i isə yerli şirkətlərdir.
Bildirilib ki, sərgi uğurla həyata keçirildiyi 25 il ərzində dünyanın 40-dan artıq müxtəlif ölkələrini təmsil edən 2137 şirkəti bir araya gətirib. Bu gün "WorldFood Azerbaijan" sərgisi Azərbaycanda bu qəbildən olan yeganə tədbirdir və qida sənayesinin aparıcı yerli və beynəlxalq istehsalçıları, distribyutorları və ixracatçılarının unikal görüş yerinə çevrilib. WorldFood Azerbaijan sərgisi məhsul və avadanlıqların nümayiş olunması, habelə xidmətlərin təqdim edilməsi üçün səmərəli vasitə olmaqla yanaşı, ölkələr arasında yeni biznesə və iqtisadi ticarət əlaqələrinin inkişafına start verən platformadır.
"WorldFood Azerbaijan 2019" sərgisində Litva, Rusiya, Ukrayna, Xorvatiya və digər ölkələri təmsil edən, aşağıdakı sahələrdə özlərinin ən son məhsul və xidmətlərini təqdim edən 200-dən artıq eksponentin iştirakı planlaşdırılır: qənnadı məmulatları, süd məmulatları, ət və quş əti məmulatları, şirələr, çay və qəhvə məhsulları, tütün, eləcə də meyvə-tərəvəz üçün avadanlıqlar, metal konstruksiyalar, birkalama avadanlıqları və s. Builki sərginin debütantı - “UAB Fleur Alpine” şirkəti sərgidə uşaq qidalarını təqdim edəcək. Belarus, İtaliya, Türkiyə, Şri-Lanka və Rusiyanın regional qrupları isə tədbirdə milli stendlərlə çıxış edirlər.
Bu il təşkilatçılar tərəfindən işgüzar proqram, eləcə də sərginin yubileyinə həsr olunmuş əlavə tədbirlərin keçirilməsi planlaşdırılır.
Sərgi çərçivəsində həmçinin yeni əlaqələrin qurulması və mövcud əlaqələrin gücləndirilməsi üçün əlavə platforma olan “B2B” formatlı ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulub.
İlk dəfə olaraq, Turizmə və Milli Mətbəxin İnkişafına Dəstək İctimai Birliyinin və chefs.az portalının təşkilati dəstəyi ilə “Chefs Cup” Aşpazlar çempionatı keçiriləcək. Azərbaycanın kulinariya sahəsində ilk dəfə olaraq bu cür genişmiqyaslı və parlaq müsabiqə təşkil olunur. Bu müsabiqə yerli qastronomiya sənayesinə böyük töhfə verməklə yanaşı, onun səmərəli inkişafını da stimullaşdıracaq. Bu müsabiqədə iştirak müxtəlif kulinariya sahələrini təmsil edən komandalar və ayrı-ayrı şəxslərə öz yüksək peşəkarlıq və istedadlarını, eləcə də bütün dünyada mehmanxana-restoran biznesi üzrə tədbirlər xüsusunda məlumatlı olmaq istəyini nümayiş etdirməyə imkan yaradacaq.
Sərgi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı Iteca Caspian şirkətidir.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb