logo

Paytaxtda 2 uşaq anası özünü 8-ci mərtəbədən atdı

18:08 13-05-2019 | icon 2632
Paytaxtda 2 uşaq anası özünü 8-ci mərtəbədən atdı

Bakının Nizami rayonunda gənc ana intihar edib.

 YeniAvropa xəbər verir  ki, bu barədə Nizami rayon Polis İdarəsindən  bildilib. Qeyd edilib ki, 30 yaşlı Heydərova Leyla Emin qızı mayın 11-də saat 07 radələrində rayonun Rüstəm Rüstəmov küçəsində yerləşən 35 saylı yaşayış binasının səkkizinci mərtəbəsindən özünü atıb.

Məlumata görə, intihardan əvvəl L.Heydərova iki azyaşlı uşağını keçmiş qayınanasının yanına aparıb. Daha sonra evə qayıdıb və özünə qəsd edib. Qadının bu yaxınlarda ərindən boşandığı bildirilir.

Faktla bağlı rayon prokurorluğunda istintaq aparılır.

Boşanmanın Heydərovanın psixi vəziyyətinə təsir etdiyi ehtimal edilir.