Dövlət İmtahan Mərkəzi (DİM) Vəkillər Kollegiyası ilə birgə 2018-ci il yanvarın 28-də Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.YeniAvropa DİM-ə istinadla xəbər verir ki, imtahan bütün binalarda saat 11:00-da başlanıb və 3 saat ərzində aparılıb. İmtahanın nəticələri saat 18:05-dən etibarən Dövlət İmtahan Mərkəzinin və Vəkillər Kollegiyasının internet saytında elan edilib.
Xatırladaq ki, imtahanda iştirak etmək üçün 1966 namizəd qeydiyyatdan keçib. 93 namizəd imtahana gəlməyib. İmtahanda iştirak edən 1873 namizəddən 607 nəfəri müsabiqə şərtini ödəyərək – 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb.
Ən yüksək nəticə 90 bal olub.