Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və Qida Təhlükəsizliyi İnstitutunun birgə təşkilatçılığı ilə mayın 17-də II Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı keçiriləcək.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından bildirilib. Konfransda qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin vəzifələri, qida təhlükəsizliyində heyvanların identifikasiya sistemi, HACCP (risk təhlili analizi və kritik nöqtələrə nəzarət) sisteminin qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlər tərəfindən tətbiqi, Kodeks Alimentarius standartları və digər məsələlər üzrə yerli, xarici dövlət qurumlarının, özəl şirkətlərin, qeyri-hökumət təşkilatlarının, assosiasiyaların, eləcə də beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə təqdimatlar keçiriləcək və müzakirələr aparılacaq.