Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin saat 08.00-a olan məlumatına əsasən respublikanın əksər bölgələrində yağıntılı hava şəraiti davam edib, ayrı-ayrı rayonlarda leysan xarakterli olub.
Departamentdən YeniAvropa-ya bildiriblər ki, ən çox düşən yağıntının miqdarı Zaqatalada 58, Balakəndə 49, Şəmkirdə 26, Kişçayda 23, Lerikdə 11 millimetr təşkil edib. Digər bölgələrdə 1-8 millimetr olub. Abşeron yarımadasında, Zabratda, Binədə 0,4, Maştağada 1, Bakıda 3 millimetr yağış qeydə alınıb.
Bu gün gündüz saatlarından başlayaraq əksər rayonlarda yağıntılar kəsiləcək.