Azərbaycanda mayın 11-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən YeniAvropa-ya verilən məlumata görə, Bakının və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacağı, gecə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Gündüz hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 14-16°, gündüz 19-23° isti, Bakıda gecə 15-17°, gündüz 20-22° isti olacaq. Atmosfer təzyiqi 757 millimetr civə sütunundan 761 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Gündüz əksər rayonlarda yağıntı tədricən kəsiləcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 12-17°, gündüz 23-28° isti, dağlarda gecə 5-10°, gündüz 10-15° isti olacağı ehtimal edilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, mayın 11-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi və əsasən rütubətli hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.