logo

Barmağında qizil üzük olan meyitin  cibindən də pul kisəsi çıxdı

14:54 10-05-2019 | icon 3395
Barmağında qizil üzük olan meyitin  cibindən də pul kisəsi çıxdı

Bu gün səhər saatlarında Sabirabad rayonunun Minbaşı kəndində xalçaya bükülmüş, barmağında qizil üzük olan kişi meyiti tapılıb .

YeniAvropa xəbər verir  ki, hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları gələrək, onun kimliyini müəyyən etməyə çalışıblar.  "Virtualaz.org"un məlumatına görə, meyiti tapılan şəxsin kimliyi artıq müəyyən olunub. O, Şirvan sakini, 50 yaşlı İlham Əbülfət oğlu Cəbiyev olub. Onun üzərində zorakılıq əlamətləri aşkar olunmasa da, bədənində əvvəllər döydürülmüş təsvirlər və iynə izləri, barmağında üzük, cibində isə pul aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.