Şəki şəhər-rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən şəhər sakini Ə.Əhmədov ona məxsus mağazadan naməlum şəxs və ya şəxslər tərəfindən müxtəlif növ siqaretlərin, pul və digər əşyaların oğurlanması barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, daxil olan müraciət əsasında polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Şöbənin Cinayət Axtarış və İstintaq bölməsinin əməkdaşları tərəfindən keçirilən birgə tədbirlər nəticəsində oğurluğu edən şəxslərin Bakı şəhər sakinləri Ağakərim İbrahimov, Fuad Dadaşov və bir yeniyetmə olduğu müəyyən olunub. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.