Külli miqdarda xarici valyutanın qanunsuz yolla Azərbaycandan aparılması cəhdlərinin qarşısı alınıb
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdlərinin qarşısını alıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Bakı-İstanbul aviareysi ilə getmək istəyən Türkiyə vətəndaşı “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən keçdikdən sonra üzərində bəyan ediləsi əşyaların olub-olmaması barədə sorğu-sual edilib. Vətəndaş üzərində 5000 ABŞ dolları olduğunu bildirsə də, onun hərəkətləri şübhə yaratdığı üçün saxlanılıb və üzərində şəxsi yoxlama aparılması üçün yoxlama otağına dəvət olunub.
Yoxlama nəticəsində, vətəndaşın şalvarının cibində 70 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginas olmaqla 7000 ABŞ dolları, gödəkcəsindəki pulqabında isə 30 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginas olmaqla 3000 ABŞ dolları, idman çantasında da 70 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginas olmaqla 7000 ABŞ dolları, ümumilikdə 17 min ABŞ dolları aşkarlanıb.
Daha bir fakt isə Bakı-Moskva aviareysi zamanı aşkarlanıb.
Belə ki, həmin reyslə getmək istəyən Rusiya Federasiyası vətəndaşı gömrük nəzarəti zonasına daxil olarkən mütləq qaydada bəyan etməli olduğu xarici valyutanı gömrük orqanına əvvəlcədən bildirməyib, şifahi, yazılı, elektron formada bəyan etməyib. Lakin vətəndaş üst geyimini və şəxsi əşyalarını aviasiya təhlükəsizliyi üzrə nəzarət zonasında plastik qaba yerləşdirib rentgen aparatının lentinə qoyub keçərkən gömrük əməkdaşları monitorda pul əsginaslarına bənzər təsvirlər görüb. Bundan sonra sərnişin saxlanılaraq ona məxsus əşyalara və üzərində şəxsi yoxlama aparılması üçün gömrük zonasında yerləşən yoxlama otağına dəvət olunub. Yoxlama zamanı Rusiya Federasiyası vətəndaşına məxsus gödəkcənin cibindən 190 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginas olmaqla, cəmi 19 min ABŞ dolları aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli, 305 saylı Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.7-ci bəndi və 1 saylı Əlavəsinin 6-cı bəndinə əsasən gömrük sərhədindən keçirilən 10 min ABŞ dolları ekvivalentindən artıq valyuta və qiymətli kağızlar yazılı formada bəyan olunmalıdır.
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 3 mart tarixli 16/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları”nın təsdiq edilməsi barədə Qaydaların 2-ci bəndinə əsasən, Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər məbləği 10 min ABŞ dolları ekvivalentinədək olan xarici valyutanı gömrük orqanında şifahi formada bəyan etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər. Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər 10 min ABŞ dolları ekvivalenti məbləğindən 50 min ABŞ dolları ekvivalenti məbləğinədək olan xarici valyutanı onun əvvəllər Azərbaycan Respublikasına nağd şəkildə gətirilməsini təsdiq edən gömrük sənədlərini və yazılı formada bəyannaməni gömrük orqanına təqdim etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər.
Eyni zamanda, Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci və 3-cü mərtəbələrində gömrük məlumat məntəqələri, həmçinin malların, o cümlədən xarici valyutanın gömrük sərhədindən keçirilməsi qaydalarını özündə əks etdirən “Məlumat lövhələri” mövcuddur.
Bir daha diqqətinizə çatdırırıq ki, gömrük sərhədindən keçən sərnişinlər tərəfindən yuxarıda göstərilən qanunvericilik aktlarına riayət olunması məqsədilə, qeyd olunan “Məlumat lövhələri”ndən və gömrük məntəqələrindən məlumat əldə etmək imkanına malikdirlər.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb