Quba rayon Polis Şöbəsinə müraciət edən əcnəbi vətəndaş mayın 5-də şəhər ərazisində naməlum şəxsin onun cibindən içərisində 200 manat və 60 avro, habelə sürücülük vəsiqəsi və 9 ədəd bankomat kartı olan pulqabısını açıq talama yolu ilə aldığını bildirib.
YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər görülüb. Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxsi qısa müddətdə müəyyənləşdirərək saxlayıblar. Araşdırmalarla onun şəhər sakini, əvvəllər məhkum edilən Rauf Tahirov olduğu müəyyənləşdirilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.