Mayın 6-da Ankarada “Azərbaycan Dəmir Yolları” QSC, “Rusiya Dəmir Yolları” ASC və “Türkiyə Cümhuriyyəti Dövlət Dəmir Yolları” (TCDD) arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, sənədi “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Rusiya Dəmir Yolları” ASC-nin Baş direktoru və idarə heyətinin sədri Oleq Belozyorov və TCDD-nin baş direktoru Əli İhsan Uyğun imzalayıblar.
Mərasimdə Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan və digər rəsmi şəxslər iştirak ediblər.