Ağdaş rayonunun Ərəb kənd sakini olan qadın mayın 1-də bank hesabından 225 manat pulunun çıxarılaraq oğurlanması barədə rayon polis şöbəsinə müraciət edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, cinayəti törətməkdə şübhəli bilinən şəhər sakini Mahir İsmayılov keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qısa müddətdə müəyyənləşdirilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.