Azərbaycanda məhkəmə-hüquq islahatları ilə bağlı konfrans keçirilib
Mayın 6-da “Azərbaycanda məhkəmə-hüquq islahatları: Azərbaycanda Amerika Ticarət Palatası ilə ictimai müzakirələr” mövzusunda konfrans keçirilib.
YeniAvropa xəbər verir ki, tədbir Azərbaycan prezidentinin 2019-cu il 3 aprel tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanından irəli gələn məsələlərin ictimai müzakirəsi məqsədilə Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) ilə birgə təşkil olunub. Konfransda birinci vitse-prezidentin köməkçisi Gündüz Kərimov, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin sektor müdiri Vüsal İsayev, ədliyyə nazirinin müavini Azər Cəfərov, müxtəlif biznes sahələrinin 150-dən çox təmsilçisi və diplomatik korpusun nümayəndələri iştirak ediblər.
AmCham-ın icraçı direktoru Natəvan Məmmədova və prezidenti Nuran Kərimov tədbirin keçirilməsinin məqsədi və aparılan islahatların ölkə iqtisadiyyatı üçün xüsusi əhəmiyyəti barədə danışıblar. Qeyd edilib ki, konfrans hüquq sahəsində aparılan islahatların biznes ictimaiyyətinin fəaliyyətinə təsirlərinin, özəl sektorun bu istiqamətdə rəy və təkliflərinin nəzərə alınması üçün təşkil olunub.
Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov çıxışında vurğulayıb ki, prezident İlham Əliyevin məhkəmə-hüquq sistemində islahatlarla bağlı imzaladığı fərman bu sahədə mühüm dəyişikliklərin həyata keçirilməsini nəzərdə tutur. Odur ki, həm cəmiyyət, həm də biznes ictimaiyyətinin bu islahatların müzakirəsində iştirakı əhəmiyyətlidir. Hazırkı konfrans və bu qəbildən olan digər silsilə tədbirlər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və tapşırığı ilə keçirilir və bütün ölkə üçün əhəmiyyət kəsb edən məhkəmə-hüquq islahatlarının reallaşmasına ictimaiyyətin cəlb edilməsi məqsədi daşıyır..
AmCham-ın Direktorlar Şurasının üzvü, “Ekvita” şirkətinin idarəedici partnyoru İlqar Mehti məhkəmə sistemindəki hazırkı vəziyyət və təmsil etdiyi qurumun münasib sayılan dəyişikliklərlə bağlı fikirlərini bölüşüb. Ölkədə arbitraj məhkəmələrinin yaradılmasının vacibliyindən danışan Direktorlar Şurasının üzvü qeyd edib ki, bu, kommersiya qurumları arasında mübahisələrin həllində daha səmərəli olacaq. O, məhkəmələrdə işlərin aparılması, vəkillik fəaliyyəti, bir sıra prosessual qaydaların müasir tələblərə cavab verməsi ilə bağlı təkliflərini səsləndirib.
Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin sektor müdiri Vüsal İsayev isə deyib: “Hazırda ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə mühüm islahatlar həyata keçirilir. Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi ilə bağlı Fərmanın məqsədi bu sahədə müsbət dəyişiklikləri daha da sürətləndirmək, onun inkişafına yeni impuls vermək, vətəndaşların hüquqlarını daha effektiv qorumaq, ədalət mühakiməsi mexanizmlərini təkmilləşdirmək, sahibkarların hüquqlarını daha etibarlı müdafiə etməkdir. Məhz bu Fərmanla məhkəmə-hüquq sistemində yeni mərhələ başlanıb”.
Ədliyyə nazirinin müavini Azər Cəfərov vurğulayıb ki, fərmanda məhkəməyə müraciət imkanlarının genişləndirilməsi, məhkəmə fəaliyyətinin effektivliyinin yüksəldilməsi, şəffaflığının artırılması, məhkəmə qərarlarının vaxtında icra edilməsi, hakimlərin, məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin yaxşılaşdırılması kimi taleyüklü məsələlər yer alıb. Əslində bütün məhkəmə islahatlarının ən vacib nəticəsi məhkəməyə müraciətlərin əlçatanlığının yaxşılaşdırılması ilə bağlıdır. “Vətəndaşların və hüquqi şəxslərin ədalət mühakiməsinə çıxışının asanlaşdırılması istənilən demokratik sistemin əsasını təşkil edir. Məhkəmələrin insanlara, hüquqi şəxslərə yaxınlaşdırılması üçün son dövrlər xeyli işlər görülüb. Bu gün ölkə ərazisində 6 regional apelyasiya, çoxsaylı ixtisaslaşmış, o cümlədən 7 inzibati, iqtisadi məhkəmə fəaliyyət göstərir. Bunlara baxmayaraq, ölkədə ixtisaslaşmış məhkəmələrin sayı orta Avropa göstəricisindən üç dəfə aşağıdır. Fərman bu sahədə islahatların aparılmasını və yeni ixtisaslaşmış məhkəmələrin yaradılmasını nəzərdə tutur. Artıq bununla bağlı müvafiq təkliflər hazırlanıb. Yeni yaradılacaq məhkəmələrdə vergi, gömrük, habelə sahibkarlıq sahəsində yaranan mübahisələrə baxılacaq. Bu, belə işlərin daha peşəkar baxılmasına və həll olunmasına imkan yaradacaq”, - deyə nazir müavini diqqətə çatdırıb.
Azər Cəfərov bildirib ki, hakimlərin sayının kifayət qədər olmaması onların iş yükünü artırır, məhkəmələrə müraciət imkanlarını məhdudlaşdırır. Ölkə üzrə hakimlərin sayı 2006-cı ildə iki dəfə artırılaraq 600-ə çatdırılıb. Lakin nəzərə almaq lazımdır ki, həmin dövrdən etibarən məhkəmələrdə mülki işlərin sayı beş dəfə artıb. Beləliklə, hazırda ölkə üzrə 100 min nəfərə 6 hakim düşür ki, bu da Avropa göstəricilərindən üç dəfə azdır. Buna görə də Fərmanda onların sayının 200 nəfər artırılması nəzərdə tutulur. Bu, ədalət mühakiməsinin effektivliyinin artırılması, işlərə baxılması müddətinin azaldılması baxımından olduqca önəmlidir.
Konfransda Bakı şəhər Yasamal Rayon Məhkəməsinin hakimi, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti Ramin Qurbanov elektron məhkəmə və elektron icra sistemi, “Ata Holding”in hüquq departamentinin direktoru Qorxmaz Ağayev icra sisteminin təkmilləşdirilməsi, özəl icra şirkətləri, alternativ ekspert rəyləri, “Dentos Bakı”nın idarəedici partnyoru Ceyms Hoqan mediasiya və arbitraj fəaliyyətinin inkişafı barədə təqdimatlarla çıxış ediblər.
Sonra özəl sektor nümayəndələri ilə açıq sual-cavab sessiyası keçirilib, sahibkarları maraqlandıran məsələlər barədə müzakirələr aparılıb.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb