logo

Moskva aeroportunda yanan təyyarədə azərbaycanlı olmayıb

13:51 06-05-2019 | icon 2779
Moskva aeroportunda yanan təyyarədə azərbaycanlı olmayıb

Moskva aeroportunda qəzaya uğramış təyyarədə həlak olanlar arasında Azərbaycan vətəndaşı yoxdur.

YeniAvropa xəbər verir  ki, bu barədə  Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat veriblər.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, qəzada həlak olanların siyahısında adı çəkilən Novruz İsgəndərov Dağıstanda yaşayan Rusiya vətəndaşıdır.

Xatırladaq ki, mayın 5-də Moskvadan Murmanska uçan təyyarə səmaya qalxdıqdan 28 dəqiqə sonra qəza enişi edib. Eniş zamanı təyyarənin mühərriklərində yanğın başlayıb. Təyyarədə olan 78 nəfərdən 41-i həlak olub, 9-u müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.