Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin əvvəlcədən xəbər verdiyi kimi ölkə ərazisində yanvarın 26-sı gündüzdən 27-si səhərədək hava şəraiti qeyri-sabit keçib, yağış, sulu qar, qar yağıb. Bəzi yerlərdə intensiv olub. Departamentdən YeniAvropa-ya bildirilib ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3-18, Böyük Qafqazda 1-7, Qazax-Gəncə zonasında 1-6, Mərkəzi Aran rayonlarında 1-20, Naxçıvan Muxtar Respublikasında 4-5, Kiçik Qafqazda 4-5, Lənkəran-Astara bölgəsində 7-26 millimetr olub.
Qar örtüyünün hündürlüyü Rvarudda (Lerikin kəndi) 26, Lerikdə 20, Şahdağ, Yardımlıda 19, Sarıbaş, Kəlvəzdə 12, Altıağac, Kişçayda 10, Oğuz, Şamaxıda 6, Qırızda 5, Qəbələ, İsmayıllı, Mərəzədə 4, Gədəbəy, Ağdərə, Qusarda 3, Göygöl, Quba, Xaltanda 2, Şərur, Şəki, Xınalıqda 1 santimetr təşkil edib.
Daşkəsən, Göygöl, Balakən, Qəbələ, Şəki, Qusar, Sarıbaş, Kişçayda duman müşahidə olunub, görüntü 200-500 metrədək məhdudlaşıb.