11 kq-dan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Respublikanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, mayın 3-də bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dörd fakt üzrə 11 kiloqramdan çox müxtəlif növ narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.
Biləsuvar rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayon sakini, əvvəllər soyğunçuluq etdiyinə görə məhkum olunmuş Aqşin Bədəlovdan 8 kiloqram 220 qram tiryək, 130 qram həşiş və 230,55 qram metamfetamin götürülüb.
Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Anar İsmayılovdan 0,672 qram marixuana götürülüb. A.İsmayılova narkotik vasitəni satmış həmyerlisi Kamil Hüseynov da saxlanılıb. Onun evinə baxış zamanı 2 kiloqram 11,671 qram marixuana götürülüb.
Bundan başqa, Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında həyata keçirdikləri daha bir əməliyyat-axtarış tədbiri ilə şəhər sakini, əvvəllər məhkum olunmuş Xalid Məhərrəmov saxlanılıb. Ondan 450 qram marixuana götürülüb.
Şəki şəhər-rayon Polis İdarəsinin əməkdaşlarının əldə etdikləri məlumat əsasında şəhər sakini Rövşən Vahidovun evinə baxış zamanı 306,7 qram marixuana aşkarlanaraq götürülüb.
Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb