Mayın 4-də Bakıda Azərbaycan İnsan Resursları Peşəkarları (AİRP) Platformasının təşkilatçılığı, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) tərəfdaşlığı ilə “İnsan resursları biznes tərəfdaşınız kimi” adı altında "AİRP-2019" İllik İnsan Resursları konfrans və sərgisi keçirilir.
YeniAvropa xəbər verir ki, tədbirdə ASK-nın prezidenti Məmməd Musayev prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlardan, sahibkarlığın inkişafı istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, son illər ölkədə yoxsulluq səviyyəsinin minimuma endirilməsi, insan kapitalına xüsusi önəm verilməsi və əhalinin sosial-iqtisadi inkişafının yaxşılaşdırılması dövlətin əsas hədəflərindən biridir.
Qeyd edilib ki, Azərbaycanda sərmayə qoyuluşu üçün sahibkarlara münbit şərait yaradılıb.
Tədbir işini panel iclasları ilə davam etdirir.