Yanvarın 26-dan başlayaraq Azərbaycanın şimal bölgəsində hava şəraiti dəyişib. YeniAvropa xəbər verir ki, Quba, Qusar və Xızı rayonlarının dağlıq ərazilərinə 10 santimetrədək qar yağıb. Temperatur mənfi 2-8 dərəcə arasında dəyişir.
Quba Regional Hidrometeorologiya Müəssisəsindən bildirilib ki, ən çox yağıntı Xızının Altıağac qəsəbəsində qeydə alınıb. Burada qarın hündürlüyü 10 santimetrə çatır. Qubanın Xınalıq kəndinə 3, Qırız kəndində 5, Qusarın Ləzə kəndində isə 4 santimetr qar yağıb. Quba və Qusarın rayon mərkəzlərində isə müvafiq olaraq 2 və 4 santimetr qar var.
Ən aşağı temperatur (-8 dərəcə) isə Qubanın Qırız kəndində qeydə alınıb.
Qeyri-sabit hava şəraitinin yanvarın 28-dək davam edəcəyi proqnozlaşdırılır.