logo

Yağışlı hava Bayılda sürüşməni aktivləşdirib - Nazirlik rəsmisi

11:36 27-01-2018 | icon 2114
Yağışlı hava Bayılda sürüşməni aktivləşdirib - Nazirlik rəsmisi

Paytaxt Bakıda müşahidə olunan yağıntılı hava şəraiti Bayıl yamacında davam edən sürüşməyə mənfi təsir göstərir. YeniAvropa xəbər verir  ki, bunu  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. Onun sözlərinə görə, yağışlı   havada kütlə ağırlaşır və bu da sürüşməni aktivləşdirir: “Hazırda əməkdaşlarımız sürüşmənin müşahidə edildiyi ərazidədir, araşdırma aparırlar. Yalnız bundan sonra daha ətraflı açıqlama vermək mümkün olacaq”.

Qeyd edək ki, Bayıl yamacında sürüşmə təhlükəsi artıb. Sürüşməyə meyilli riskli ərazidə 90-a yaxın ev müəyyən edilib. 80 evdən 390 nəfər köçürülüb. Onlardan 34 ailə məcburi köçkünlərdir. Sakinlərin bir qismi 163 nömrəli məktəbə yerləşdirilib. Evlərə işıq, qaz və suyun verilməsi dayandırılıb. (AzVision)