logo

Dənizkənarı Milli Parkda “Organic Food Festival” təşkil ediləcək

14:10 03-05-2019 | icon 2639
Dənizkənarı Milli Parkda “Organic Food Festival” təşkil ediləcək

Ölkəmizdə ilk dəfə, iyunun 21-dən 23-dək Dənizkənarı Milli Parkda “Organic Food Festival” təşkil olunacaq.

 YeniAvropa xəbər verir  ki, bu, "Made in Azerbaijan" brendinin təşviqinə xidmət etməklə yanaşı, ölkəmizdə satışı həyata keçirilən ekoloji sağlam beynəlxalq qida, içki markalarının mövcud və potensial istehlakçı auditoriyası ilə birbaşa əlaqə quracağı, açıq havada təşkil edilən əyləncəli festivaldır. Festivalda, həmçinin qida sənayesi üzrə yerli və beynəlxalq avadanlıqlar, qida və qida mədəniyyəti ilə bağlı müxtəlif məhsul və xidmətlər nümayiş ediləcək.

Dənizkənarı Milli Parkda müxtəlif maraqlı müsabiqələr, master-klaslar, musiqi proqramları, sevimli məkanlardan yüzlərlə hədiyyələr, yeni markaların məhsul və xidmətləri ilə daha yaxından tanış olmaq imkanı bu yayı unudulmaz edəcək. Layihədə 40-dan çox yerli və beynəlxalq markanın nümayişi, 5 mindən artıq ziyarətçinin iştirakı gözlənilir.