Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində uğurlu əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini 36 yaşlı Viktor Qribovu şübhəli şəxs qismində saxlayıblar. Ona məxsus həyətyanı sahəyə baxış keçirilən zaman xüsusi aqrotexniki qaydada qulluq edilmiş 9 çətənə bitkisi aşkar olunaraq götürülüb.
Faktla bağlı Q. V. Aleksandroviç barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.