"Bakcell" “Facebook” üzərindən müraciətlərin cavablandırılmasında yüksək nəticə göstərib
Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi "Bakcell" şirkəti abunəçilərin müraciətlərinin“Facebook” üzərindən effektiv cavablandırılmasına görə növbəti dəfə“SociallyDevoted” sertifikatı alıb.
YeniAvropa xəbər verir ki, böyük şirkətlərin sosial şəbəkələrdəki fəaliyyətinin monitorinqini həyata keçirən “Socialbakers” şirkəti 2019-cu ilin I rübündə daxil olan sorğuların "Bakcell" tərəfindən 100%-ni cavablandırdığını qeyd edib.
Qeyd edək ki, "Bakcell" şirkəti son bir neçə ildə abunəçi müraciətlərini 100% cavablandıraraqən yüksək nəticəyə nail olub.
Şirkətdən verilən məlumatda qeyd edilir ki, yüksək keyfiyyətli xidmətin göstərilməsi və müştəri məmnuniyyəti “Bakcell”in fəaliyyətinin prioritet istiqamətlərindəndir. Sosial şəbəkələr məhsul və xidmətlər haqqında məlumatların geniş abunəçi bazasına daha effektiv şəkildə çatdırılması və abunəçilərin suallarının cavablandırılması baxımından “Bakcell”in vacib kommunikasiya vasitələrindən biridir.
***