Azərbaycanla Türkiyə Hava Nəqliyyatı Sazişini yeniləyəcək.
YeniAvropa xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan məlumat verib.
Nazir bildirib ki, Türkiyə və Azərbaycanın Hava Nəqliyyatı Sazişinin yenilənməsi üçün Mülki Aviasiya Qaydaları ilə bağlı işlər yekunlaşmaq üzrədir və mülki aviasiyanın tələbatına tam cavab verəcək yeni sazişin tezliklə imzalanacağı gözlənilir.