Azərbaycan Şahmat Federasiyasında (AŞF) yeni təyinat olub. Seymur Talıbov AŞF-nin vitse-prezidenti təyin edilib.
YeniAvropa xəbər verir ki, bununla bağlı Federasiyanın sədri Elman Rüstəmov müvafiq əmr imzalayıb.
Qeyd edək ki, Seymur Talıbov Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədridir və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun kiçik oğludur.
Seymur Talıbov bundan əlavə MR Ali Məclisinin üzvü, Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində də çalışır.