logo

Azərbaycanın tanınmış diktoru dünyasını dəyişdi

18:59 01-05-2019 | icon 2849
Azərbaycanın tanınmış diktoru dünyasını dəyişdi

Azərbaycanın tanınmış diktoru, əməkdar artist Natavan Hacıyeva 77 yaşında dünyasını dəyişib.

YeniAvropa xəbər verir  ki, bu barədə mərhumun yaxınları məlumat veriblər. Bildirilib ki, N.Hacıyeva bir müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Aparıcının iki gündür ki, vəziyyəti pisləşib və bu gün keçinib.

Qeyd edək ki, 1942-ci ildə Bakıda ziyalı ailəsində dünyaya göz açmış Natəvan Hacıyeva orta məktəbi bitirdikdən sonra o vaxtkı M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutuna daxil olub. Ali məktəbdə oxuduğu illərdə müsabiqə yolu ilə Azərbaycan Televiziyasına diktor kimi işə qəbul edilib. Natəvan Hacıyevanı tamaşaçılara sevdirən aydın diksiyası, şirin danışığı, gülərüzlüyü və qəlbə yatan məlahətli səsi olub.

N.Hacıyeva ömrünün 56 ilini milli televiziyamıza həsr etsə də, “Aygün” filmindəki epizodik rolunu sənətdə ilk debütü sayırdı. Onun 2000-ci ildə çapdan çıxmış “Mən o günləri yaşamışam” kitabında Azərbaycan televiziyasında çalışdığı illərlə bağlı unudulmaz xatirələri öz əksini tapıb.