Ötən il Azərbaycanda 60 minə yaxın şəxs sürücülük vəsiqəsi alıb. YeniAvropa xəbər verir ki, bu haqda Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib. Məlumatda qeyd edilib ki, qurumun əməkdaşları tərəfindən ötən il ərzində hüquqi və fiziki şəxslərə məxsus olan nəqliyyat vasitələrinin qeydiyyatı, təkrar qeydiyyatı, qeydiyyatdan çıxarılması, sürücülük vəsiqələrinin verilməsi üzrə vətəndaşların, idarə, müəssisə və təşkilatların nümayəndələrinin qəbulu aparılıb.
Bundan başqa 13 min 891 avtomobil ilkin qeydiyyata alınıb, 59 min 293 nəfərə ilkin sürücülük vəsiqəsi verilib. Respublikanın avtomobil parkında nəqliyyat vasitələrinin sayı 1 milyon 359 min 919 olub.