logo

Azərbaycan Milli Elmlər Akademiyasında seçkilər keçirilib

17:47 01-05-2019 | icon 2807
Azərbaycan Milli Elmlər Akademiyasında seçkilər keçirilib

Mayın 1-də llik ümumi yığıncağda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi və Kimya Elmlər Bölməsinin akademik-katibi vəzifələrinə seçkilər keçirilib.

AMEA-dan YeniAvropa-ya bildirilib ki, gizli səsvermə yolu ilə keçirilən seçkilərdə AMEA-nın həqiqi üzvləri iştirak ediblər. Seçkilərin nəticəsinə görə, akademik Vaqif Fərzəliyev Kimya Elmləri Bölməsinin akademik-katibi vəzifəsinə seçilib.

Ümumi yığıncaqda açıq səsvermə yolu ilə AMEA-nın müxbir üzvü Əminağa Sadıqov AMEA-nın akademik-katibi vəzifəsini icra edən seçilib.