İndiyədək 35 min 800-dən çox sahibkara 2,3 milyard manatadək, o cümlədən müasir texnologiyaların tətbiqi ilə 470-dək müxtəlif istehsal, emal infrastruktur müəssisələrinə 1,4 milyard manat güzəştli kredit verilib.
YeniAvropa xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov məlumat verib.
Nazir müavini qeyd edib ki, bu kreditlərin hesabına 166 minədək yeni iş yerinin açılması imkanı yaranıb. Sahibkarların maliyyəyə çıxışının təmin edilməsi üçün bu ilin ötən dövründə layihələrin ümumi dəyəri 148 milyon manat olan 233 sahibkara geri qaytarılan vəsaitlər hesabına 34,3 milyon manat güzəştli kredit verilib.