logo

Bu gündən avtomobillərdə pərdə və jalüzlərdən istifadəyə icazə verilib

13:11 01-05-2019 | icon 2786
Bu gündən avtomobillərdə pərdə və jalüzlərdən istifadəyə icazə verilib

Mayın 1-dən respublika ərazisində avtonəqliyyat vasitələri sahiblərinə və sürücülərə pərdə və jalüzlərdən (görünüşü və şəffaflığı məhdudlaşdıran örtük) istifadəyə icazə verilib.

YeniAvropa xəbər verir  ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “AZS 122-2004” “Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi. Ümumi texniki şərtlər” dövlət standartına edilən müvafiq dəyişikliklərlə bağlı nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70 faizdən az olmaması müəyyənləşdirilib. Həmçinin Azərbaycan Respublikasının iqlim şəraitini nəzərə alaraq, hər il mayın 1-dən noyabrın 15-dək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib.

V.Əsədov qeyd edib ki, ümumiyyətlə, avtomobilə plyonka vurmaq, tünd rəngli şüşələrdən istifadə etmək, rəngli şüşələri quraşdırmaq inzibati xəta tərkibi yaradır. Buna görə sürücülər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələbinə əsasən 150 manat məbləğində cərimə olunacaqlar.