Mayın1-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağı keçirilir.
YeniAvropa xəbər verir ki, tədbirdə prezident Administrasiyasının(PA) rəhbəri, akademik Ramiz Mehdiyev, baş nazirin müavini Əli Əhmədov, PA-nın humanitar siyasət məsələləri şöbəsinin müdiri, professor Fərəh Əliyeva, müxtəlif dövlət qurumlarının və ali təhsil müəssisələrinin rəhbərləri, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və təşkilatlarının direktorları, KİV nümayəndələri iştirak edirlər.
Əvvəlcə tədbir iştirakçıları AMEA-nın institut və təşkilatlarının elmi nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar. AMEA-nın institut və təşkilatları, regional bölmə və elmi mərkəzləri, eləcə də Rəyasət Heyəti üçün ayrılmış guşələrdə Azərbaycan, rus və ingilis dillərində müxtəlif nəşrlərin və istehsal olunan yeni məhsulların nümayişi qonaqlar tərəfindən maraqla qarşılanıb.