Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə birlikdə mayın 6-da "BƏT-in 100 illiyi" mövzusunda konfrans keçirəcək.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından bildirilib.
Qeyd edək ki, bu il dünyanın ən nüfuzlu beynəlxalq qurumlarından biri olan Beynəlxalq Əmək Təşkilatının 100 illik yubileyi qeyd edilir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 1992-ci ildən Azərbaycan hökuməti ilə birlikdə BƏT-lə uğurla əməkdaşlıq edərək yubiley münasibətilə bir sıra tədbirlərin keçirilməsini nəzərdə tutub.