3-cü “IMAGINE” Avro Tolerantlıq Festivalına start verilib
Şərq Tərəfdaşlığının 10 illik yubileyinə həsr edilən 3-cü “IMAGINE” Avro Tolerantlıq Festivalının açılış mərasimi keçirilib.
YeniAvropa xəbər verir ki, festival Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin, Avropa İttifaqına üzv ölkələrin və Argentina, Meksika, Kolumbiya, Moldova, İsrail səfirliklərinin “United Cultures” ilə əməkdaşlığı çərçivəsində təşkil olunub. Mayın 1-dən 15-nə qədər davam edəcək festivalın məqsədi mədəniyyətlərarası dialoq, müxtəliflik və tolerantlıq dəyərlərini tanıtmaqdır.
3-cü “IMAGINE” Avro Tolerantlıq Festivalı müxtəlif tədbirləri - musiqili tamaşalar, debat və müzakirələr, film nümayişləri, foto və videomüsabiqə, incəsənət sərgiləri özündə birləşdirir.
Avropa İttifaqının Azərbaycan üzrə Nümayəndəliyinin siyasi, iqtisadi, mətbuat və informasiya şöbəsinin rəhbəri Denis Daniilidisin sözlərinə görə, əvvəlki illərin ənənəsi qorunmaqla, bu il festivalın proqramı daha fərqli və orijinal olacaq. O qeyd edib ki, tədbirlərin xalqa əlçatanlığını təmin etmək məqsədilə məkan kimi ictimai yerlərə üstünlük veriləcək. Məsələn festivalın açılış gününün ilk tədbirlərdən biri olaraq, əslən Çilidən olan belçikalı saksafonçu Marselo Monkada “İçərişəhər” stansiyasının vestibülündə konsert proqramı ilə çıxış edəcək.
Festivalda tolerantlıq və müxtəliflik mövzusunda 30-dan çox sənədli və bədii film nümayiş olunacaq. Öz filmlərini festival iştirakçılarına təqdim etmək üçün Fransa, Finlandiya, Latviya, Hollandiya və Belçikanın tanınmış rejissorları Bakının qonaqlarıdır və onlar müxtəliflik mövzusunda müzakirələrdə iştirak edəcəklər. Layihə çərçivəsində finlandiyalı kinorejissor Paavo Vesterberq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində sənədli filmlərin çəkilməsi haqqında tələbələrə və yerli gənc rejissorlara ustad dərsləri keçəcək.
Müxtəliflik özünü musiqidə də göstərəcək. Çilidən olan belçikalı saksofonçu Marselo Monkada, ispaniyalı gitara ifaçısı El Amir, portuqaliyalı müğənni Maqda Mendes qeyri-adi konsertləri, maraqlı caz improvizasiyaları ilə festival iştirakçılarının zövqünü oxşayacaqlar.
Festivalın ilk günü - mayın 1-də fotoqraf Nikola Landemardın İbrahim Əbilov adına Mədəniyyət Mərkəzində fotosərgisi açılacaq. Müxtəlifliyə həsr olunan sərgi üç mövzunu – “Avropa siyasətçiləri”, “Fransa teatrında qaçqınların çıxışı” və “Brüsseldə yerləşən Avropa məhəllələri” əhatə edəcək.
Bu il ilk dəfə olaraq “IMAGINE” Avro Tolerantlıq Festivalı Gəncə şəhərində də keçiriləcək.
Qeyd edək ki, “IMAGINE” Avro Tolerantlıq Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Cinema Plus, “the Landmark” Biznes Mərkəzi, Nizami Kino Mərkəzi, Bakı Metropoliteni QSC, Salaam Cinema, Məhsəti Gəncəvi Mərkəzi, "Yarat" Müasir İncəsənət Mərkəzi, İbrahim Abilov adına Mədəniyyət Mərkəzi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, ADA Universiteti və Venesiyanın “Ca Foscari” Universiteti tərəfindən dəstəklənir.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb