Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsinə Q.Qarayev prospektindəki mağazaların birindən 10 ədəd mobil telefonun oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb və oğurluğun mağazanın qapısının qırılaraq törədildiyi müəyyən edilib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini S.Pənahov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.