Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağı keçirilib
Aprelin 30-da Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağı keçirilib.
YeniAvropa xəbər verir ki, əvvəlcə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, Bakı şəhəri Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev hesabat məruzəsi ilə çıxış edib.
Sonra nəzarət-təftiş komissiyasının hesabatı dinlənilib.
Daha sonra bir sıra şəhər bələdiyyə sədrlərinin hesabatları təqdim edilib.
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Rəhman Məmmədov bələdiyyələrin öz fəaliyyətlərini mövcud çağırışlara uyğun qurmalı olduqlarını bildirərək deyib: “Bələdiyyələr yerli büdcə məsələsinə ciddi əməl etməlidirlər. Dövlət Sosial Müdafiə Fonduna yaranmış borcların bir çoxu büdcə sisteminə əməl edilməməsi səbəbindən meydana gəlib. Bu gün bələdiyyələrin iqtisadi imkanlarının artırılması məsələsi gündəmdədir. Lakin, bəzən qanunvericiliyin verdiyi imkanlardan səmərəli şəkildə istifadə edilmir. Bu imkanlardan lazımi şəkildə istifadə edilsə, bələdiyyələrin iqtisadi imkanları xeyli artar. Bələdiyyələrlə bağlı şikayətlərin əksəriyyətində hesabatlılığın olmaması, qanunvericiliyin tələblərinə əməl edilməməsi kimi məsələlər yer alır”.
Çıxış edən Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bələdiyyələrlə bağlı bir neçə qanuna ciddi düzəlişlər edildiyini söyləyib. “Daşınmaz əmlakın dövlət reyestri”, “Qəbirstanlıqlar və qəbir yerləri” haqqında qanunlar bu qəbildəndir.
A.Rəhimzadə qeyd edib ki, yerli idarəetmə sisteminə maraq ildən-ilə azalır. Bu bələdiyyələrə seçkilərdə seçicilərin sayında da özünü göstərir. Bələdiyyələr əhali ilə mütəmadi təmasda olmalıdırlar. KİV-də bələdiyyələrlə bağlı mütəmadi xəbərlər getməli, verilişlər hazırlanmalıdır. Bələdiyyələr mütəmadi olaraq müxtəlif sosial layihələrlə çıxış etməlidirlər. Bələdiyyələr böyük qüvvədirlər. Bu qüvvədən ideoloji sahədə də istifadə etmək olar.
Ötən bir ildə Azərbaycanda xeyli uğurların qazanıldığını vurğulayan Prezident Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov bələdiyyələrin fəaliyyəti ilə bağlı məsələlərə toxunaraq deyib: “Bələdiyyələrin büdcə gəlirlərində qismən azalma müşahidə edilir. Yerli büdcənin azalmasına müxtəlif səbəblər göstərilsə də, bu problem əsasən obyektlərin uçot işinin düzgün aparılmamasından qaynaqlanır. Tədiyyəçilərin uçot işi düzgün aparılmır. Buna görə də, yerli büdcə gəlirləri azalır”.
Sektor müdiri qeyd edib ki, bələdiyyələrin problemlərinin aradan qaldırılması aidiyyəti dövlət qurumlarının diqqət mərkəzindədir. Dövlətimiz bələdiyyələri diqqətdə saxlayır. Bələdiyyə sədrləri daha məsuliyyətli olmalı, işlərində dönüş yaratmalıdırlar.
Sonra iclasın qərarı oxunub, qərar layihəsi və nəzarət-təftiş komissiyasının hesabatı qəbul edilib.
Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının 2019-cu il büdcəsi təsdiqlənib.
Sonra bir sıra təşkilati məsələlər səsə qoyularaq qəbul olunub.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb