Azərbaycan cari ilin yanvar-mart aylarında ən çox Rusiyadan məhsul idxal edib.
Dövlət Gömrük Komitəsindən YeniAvropa-ya bildirilib ki, birinci rübdə ölkəyə ən çox Rusiya, İsveçrə və Türkiyədən məhsul idxal olunub. Rusiyadan idxalın dəyəri 437 milyon 723 min ABŞ dolları, İsveçrədən 412 milyon 76 min dollar, Türkiyədən isə 307 milyon 440 min dollar olub.