Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə paytaxtın Nəriman Nərimanov küçəsinin hər iki tərəfində, həmçinin Heydər Əliyev prospekti Böyükşor qovşağı ilə Sabunçu yol qovşağının kəsişməsində aprelin 29-u gündüz və gecə saatlarında nəqliyyat qəzaları nəticəsində yararasız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq.
Bu barədə YeniAvropa-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Sürücülərdən sözügedən yolda müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.