logo

İxrac-idxal əməliyyatlarında müsbət saldo İranın tərəfindədir

11:55 29-04-2019 | icon 3108
İxrac-idxal əməliyyatlarında müsbət saldo İranın tərəfindədir

Bu ilin birinci rübündə Azərbaycan ilə İran arasındakı ticarət dövriyyəsində artım müşahidə edilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə İranın baş gömrük idarəsi məlumat yayıb. Bildirilib ki, cari ilin yanvar-mart aylarında iki ölkə arasındakı ticarət dövriyyəsi 3,4 faiz artaraq 230 milyon dollara çatıb. Xatırladaq ki, ötən ilin müvafiq dövründə ticarət dövriyyəsinin həcmi 162 milyon dollar olmuşdu.

Üç ayda Azərbaycanın İrana ixracının dəyəri 11 milyon dollar, İranın Azərbaycana ixracının həcmi isə 219 milyon dollar təşkil edib.