logo

Azərbaycan “Azəri-Çıraq-Günəşli”dən 140,4 milyard dollar qazanıb

10:59 29-04-2019 | icon 3276
Azərbaycan “Azəri-Çıraq-Günəşli”dən 140,4 milyard dollar qazanıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2001-ci ilin əvvəlindən bu il aprelin 1-dək Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində ümumilikdə 140 milyard 450 milyon ABŞ dolları gəlir əldə edib.

 YeniAvropa xəbər verir  ki, bu barədə  ARDNF-in ictimaiyyətlə əlaqələr departamentindən bildirilib. Qeyd edilib ki, cari ilin yanvar-mart aylarında isə AÇG layihəsi çərçivəsində Dövlət Neft Fonduna 2 milyard 243 milyon dollar vəsait daxil olub.

O cümlədən bu ilin 3 ayında Neft Fondunun “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri 91 milyon dollar təşkil edib.