Beynəlxalq Türk Akademiyasında SAM rəhbərləri ilə görüş olub
Nur-Sultan şəhərində, Beynəlxalq Türk Akademiyasında (TWESCO) Türk Şurasına üzv ölkələrin Strateji Araşdırmalar mərkəzlərinin rəhbərləri ilə görüş keçirilib.
YeniAvropa xəbər verir ki, görüşdə Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali, Azərbaycanın Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Xarici İşlər Nazirliyinin Təhlil və Strateji Araşdırmalar İdarəsinin rəisi vəzifəsini icra edən Hüseyn Hüseynov, Qırğızıstan Beynəlxalq Strateji Milli İnstitutunun direktoru Kuvanıçbek Şadıbekov, Türkiyənin ANKASAM Strateji Araşdırmalar Mərkəzinin direktoru Erol Seyfettin, Milli Məclisin deputatı Musa Quliyev, Qazaxıstan Prezidenti yanında Strateji Araşdırmalar İnstitutunun direktoru Zarema Şaukenova, "İctimai Rəy" İnstitutunun direktoru Botaqoz Rakişeva və başqaları iştirak ediblər.
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali akademiyanın fəaliyyətindən, beynəlxalq əlaqələrindən danışıb. O deyib ki, akademiya türk dünyasında elmi-tədqiqat işlərini, analitik araşdırmaları əlaqələndirir.
Görüşdə Türk Şurasına üzv ölkələrin dövlət başçılarına və müvafiq qurumlara təqdim olunmuş "Türkbarometr" layihəsi yüksək qiymətləndirilib. Bundan əlavə, TÜRKPA, TÜRKSOY kimi təşkilatlar üçün bir neçə inteqrasiya sənədinin hazırlanmasından bəhs olunub. Qeyd edilib ki, beş yaşlı “GLOBAL-Türk” dərgisini türkdilli xalqlar üçün ortaq platforma hesab etmək olar.
Görüşdə Türk Şurasına üzv ölkələrin Strateji Araşdırma mərkəzləri arasında tərəfdaşlıq məsələləri müzakirə olunub. Tədqiqat mərkəzlərinin rəhbərləri ilə akademiyanın gələcək layihələri və elmi əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb