logo

Kəmaləddin Heydərov Bayıldakı sürüşmə zonasına gedib

15:01 26-01-2018 | icon 2016
Kəmaləddin Heydərov Bayıldakı sürüşmə zonasına gedib

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Bayıl yamacındakı sürüşmə ərazisinə baxış keçirib. YeniAvropa xəbər verir  ki, bu barədə nazirliyin mətbuat xidməti mlumat yayıb. Məlumatda qeyd edilir ki, yanvarın 26-da fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Bayıl yamacında, Bakı Televiziya Qülləsinin yaxınlığındakı sürüşmə ilə bağlı əraziyə baxış keçirib.

Nazir sürüşmə ərazisindəki vəziyyətlə tanış olub, operativ şəkildə lazımi işlərin görülməsi ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verib.