2025-ci ilə qədər Azərbaycanda alternativ enerjinin xüsusi çəkisi 25-30 faizə çatdırılacaq.
YeniAvropa xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
“Hazırda “Yeni Yaşma” külək elektrik stansiyasında 26 turbin istismar edilir və gələcəkdə onların sayının artırılması gözlənilir. Əldə olunan elektrik enerjisi ümumi sistemə ötürülür. Ümumiyyətlə, 2025-ci ilə qədər alternativ enerjinin ölkə üzrə ümumi elektrik enerjisi istehsalının 25-30 faizini təşkil edəcəyi gözlənilir. Hazırda bu rəqəm 1,7 faizdir”, - deyə T.Mustafayev əlavə edib.