Bu gün Salyan rayonunun Seyidsadıqlı kəndində özünü Kür çayından qidalanan Akkuşa çayına ataraq intihar etmiş müəllimənin axtarışları qaranlıq düşdüyündən sabaha saxlanılıb.
YeniAvropa xəbər verir ki, bu barədə Virtualaz.org məlumat yayıb.
Bildirilir ki, çayın körpüsündə qadının ayaqqabıları və jileti aşkarlanıb. Onun azyaşlı övladı paltarın anasına məxsus olduğunu deyib.
Aysel Dadaşovanın evlərində yazıb qoyduğu məktubda isə onun ölümündə heç kəsin günahkar olmadığı bildirilib.
Qadının həyat yoldaşı Bağır Dadaşov Bakı şəhərində tikilən evlərdən birində rəngsaz işlədiyindən hadisə baş verən vaxt evdə olmayıb.
Aysel Dadşovanın son zamanlar xəstəlikdən əziyyət çəkdiyi deyilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, 35 yaşlı Salyan rayonunun Seyidsadıqlı kənd sakini Aysel Vaqif qızı Dadaşovanın 3 azyaşlı oğlan uşağı var Seyidsadıqlı kənd orta məktəbinin ibtidai sinif müəlliməsi işləyirmiş.
Gün ərzində suda batırmış qadının cəsədinin tapılması üçün FHN-in dalğıc-xilasediciləri tərəfindən axtarış işləri aparılıb.Hadisə yerinə yerli icra və hüquq-mühafizə orqanlarının rəhbərləri də gəlib.