logo

Həcc ziyarətinə getmək istəyənlərin sayı 500-ü ötüb

21:15 24-04-2019 | icon 2436
Həcc ziyarətinə getmək istəyənlərin sayı 500-ü ötüb

Azərbaycandan Həcc ziyarətinə getmək üçün 500-dən artıq insan müraciət edib.

 YeniAvropa xəbər verir  ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Bildirilib ki, hazırda sənəd qəbulu davam edir: "Bu il Azərbaycan üçün Həcc ziyarətinə gedənlərin sayı ilə bağlı kvota qoyulmayıb. Belə ki, ziyarətə getmək istəyən hər kəs bu arzularını reallaşdıra biləcək".

Qeyd edək ki, ötən il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərlik kvota qoyulmuşdu.

Bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir. Zəvvarlar bu il də ötən il olduğu kimi təyyarə ilə yola salınacaq.